Təbiət və qolbaqlar (düzəltdiklərim)
Qolbaqların çəkilişində ideyalar Ulickaya məxsusdur. Təşəkkürlər.

Kabaşonun ətrafinin hörülməsi
Biser infoda bir xanimin (Alissi) master klsssını gördüm, xahiş etdim çox sağ olsun, icazə verdi ki, bezek.azeriblog-da o master klass-i yerləşdirək. Alissinin başqa işlərinə burdan baxa bilərsiniz.
Master -klassi mən tərcümə edərəm, amma şəkillərini qoyub, muncuqdüzmə həvəskarlarinin fikirlərini gözləyirəm, anlaşılan deyilsə, onda tərcümələri də yerləşdirərəm.
Bu material öyrənmək üçün nəzərdə tutulub, icazəsiz kopiyalayib yaymaq olmaz. Hardasa yaymaq istəsəniz mənə yaza bilərsiniz.
Mənə hədiyyə gəldi :)
Aprel ayindan mən biser.info saytinda keçirilən oyuna qoşulmuşdum, oyunun şərti belə idi ki, albomunda 5 dən artiq işi olan və 1 ilə yaxin saytda qeydiyyatdan keçən şəxslər arasinda gizli bir siralama aparilir, heç kəs kimin ona hədiyyə göndərdiyin bilmir, sadəcə bir unvan alir, və o unvana öz işlərində birini hədiyyə göndərir. Mən bu gun hədiyyəmi aldim. Çox sevindim. Şəkilləri qoyaram siz də baxarsiniz.
Düşünürəm ki, müəyyən vaxtdan sonra biz də belə oyun keçirərik.. Super olar. Ümumiyyətlə qeyri-adi hisslər keçirirsən, kimsə sənə hədiyyə göndərir, nə olduğunu bilmirsən..
Aygunun toxuduqlari -II
Bu günlərdə Aygün yenə də toxuduğu işlərini göndərdi. Konkursa göndərilən işləri mən bestbiser.com saytina əlave edəcəm, orda qiymət qoya biləcəksiniz. Hələ ki bura qoyuram ki baxasiniz, xalqimiz nələr yaradir :)

Nicky Epsteinin "Toxunmuş guller" kitabindan

Bunu görmək lazimdir. İndiyədək milçə ilə toxunmadan danişirdim ancaq, düşünürəm ki, bir işi öyrənməmiş o birinə keçmək olmaz. Amma bu həm də qarşida duram planlardandir. Görürsünüzmü necə gözəl güllərdir. Hazirlaşın milçə kursuna gələnlər, inşallah 5-6 aydan sonra millə toxuma kurslari da yaradariq.
Davaminda daha bir neçəsi. Kimə lazimsa, kitabı google albomuna qoya bilerem.
Milçe ile toxuyanlar üçün - Metbexinize
Belə bir mətbəx ləvazimati gördüm internetdə, düşündüm ki əsl elə milçə ilə toxumaq istəyənlər üçündür, şəkili və sxemi.

Birinci Əl işləri konkursu Bezek-2009 şərtlər yenil
Yaxin vaxtlarda əl isləri konkursu təşkil olunacaq.
Əl isləri içərisindən ən gözəlini secib, şəklini bizə gondərən xanimlar arasinda aparilan bu konkursda yer tutan xanimlara əl isləri ucun lazim olan (vacib olan deyək) ləvazimatlar hədiyyə olunacaq..
Bacaranlar hazirlassinlar.
Mən də gedim hədiyyələri hazirlayim.
Şərtlər:
Yeni milçə dərsi - 23 may (+fotolar)
Kurslarimizda inkişaf gedir. Keçən dəfə 3 nəfər idi bu dəfə 6 oldu..
Xatunun anasi qirmizi çanta toxumuşdu Xatuna, Aynurda toxumaq xəstəlik dərəcəsinə gəlib çatib, evdə döyə-döyə əlindən ipi milçəni alirlar , razilaşmir. Bir iri çanta, bir balaca çanta toxuyub. Ən tənbəli Ruzigarimdir, onu da başa düşürük və bağışlayırıq , çünki gərgin bir həftə olub.
Üç yeni tələbə qoşuldu bizə. Rubio, Sveta, Aytən. Onlar da qab tutanla başladılar ilk dərsi. İnşallah şəkillər mənə çatan kimi foto reportaj əlavə edəcəm.
Milce dersleri 23 mayda ilk ders
Xanimlar, keçən dəfə dərsə qoşula bilmeyənlər bu şənbə günü ilk dərsi olanlara qoşula bilərlər. istəyənlər mənə emeil yazsinlar bestbiser@yahoo.com
2-ci dərsi olanlar 15.00-də başlayacaqlar, birinci dərsə gələnlər isə 13.00-də gələcəklər.
Plastik butulkalardan senet eseri
Picasa albomlari içerisinde qeyri -adileri çoxdur. Onlardan biri de Rozanin albomudur. Onun albomundan bir master klassi size göstərmək istəyirəm. Bəlkə düzəltmək istəyərsiniz. Ümumiyyətlə, bu xanimin albomu plastik butulka ile duzelen ideyalarla zengindir.




