Reklam verin!

Milçe ile toxunmuş bolerolar

Facebookdaki qrupda bir albom gordum, bolerolar haqqinda idi, icerisinden 2 ən maraqlısını sizin ucun secdim, umid edirem toxuyanlar bize de gostererlerç nece alindigini...

 

Davamı...

Urmulinin deveti - Ziyaret etdiyim web sehifeler

Azəriblogçu Urmuli, bele bir oyun teklif etmişdir, bu oyunun əl işlərinə aidiyyəti olmasa da mən də oyunu qəbul edirəm, düşündüm ki insanlarin bir birini taniması üçün, onun hansı saytlardan istifadə etməsini bilmək maraqlidir. Bu da mənim ziyaret etdiyim internet sehifeleri:

1. internetə goshulan kimi azeriblog.com saytina daxil oluram. Bir sira dost bloglara baxiram.

2. google.com -a daxil oluram, mutleq gmaile baxmaliyam, sonra brauzerimde google toolbari aktivleşdirirəm ki, xoşuma gələn saytlari favoritlərə əlavə edə bilim.. Hemçinin 2 blogum googlun bloglarindadir , yeni bloggerde: rukodeliya ve konul-art

Davamı...

Sərgidən - Sugra xanimin əl işləri

 Sərgidən Suğra xanımın da əl işləri var idi. Doğurdan da, bu qədər rollara çəkilib Azərbaycanda bu qədər tanindıqdan sonra insan öz hobbisinə də vaxt ayira bilirsə, mən bunu daima vaxt qitliğindan şıkayətlənən başqa xanimlara da arzu edirəm.

Suğra xanimin işlərini görəndə ağlıma gəldi ki, yəqin gülləri çox sevdiyindən, onlarin ömrünü uzatma istəmişdi. Saytinda da bu sözləri oxudum :" Ömrüaz güllərin ömrünü uzatmaq, onları əbədiləşdirmək."

Mən sərgiyə qədər floristika nümunələri görməmişdim, gördüm çox maraqlı oldu. 

Onun iş texnikası haqda saytında bunlar yazilib: "Suğra Bağırzadə təbii materiallar üzərində iş zamanı özünəməxsus metodikadan istifadə edir. Kompozisiyaların yaradılması üçün təbii güllər, ağac kökləri, saman və digər bitki materiallarından istifadə olunur. Onlar poliviniasetat yapışqan əsasında hazırlanmış qarışıqla e‘mal olunur. Güllərin son qurudulması hazır kompozisiyada baş verir. Bə‘zi bitkilər ilkin işləmə zamanı öz təbii rənglərini itirir, buna görə də onların bərpası üçün xüsusi yağlı boyalardan, temprdən və akvareldən istifadə olunur. Rəsmlərin əsasını faner, DSP, kətan, kağız, qum, duz təşkil edir. Bə‘zən kompozisiyaların tamlığını göstərmək üçün fon boyalarla işlənir. "

 Onun saytinda əl işlərinin çoxlu şəkilləri var, burda isə sadəcə iki dənəsini yerləşdirəcəyəm.

 

Davamı...

Sergiden - Gulzade xanimin el işleri

Gülzadə xanimla mən 2008-ci ilin oktyabrinda tanış oldum, ona qədər də mənim həmişə muncuq aldiğim mağazada mənə demişdilər ki, bir danişmayan xanim var , çox gözəl işləri var..

Davamı...

Sergiden -Daun sindromlu şexslerin el işleri

Davamı...

Sergiden - Saray internat mektebinden işler

Sergide, yazdığım kimi muxtelif cəmiyyətlərdən müəlliflər var idi. Saray internati da onlardan biri idi. Gördüyüm tikmələr məni çox heyretlendirdi, rəng seçimi, muncuqla tikmədə səliqə və dəqqlik gözə çarpırdı.

Davamı...

Sərgidən şəkillər

Bu da sərgidən şəkillər: Mən üzr istəyirəm, amma bütün şəkillərə azeribloga yerləşdirməm imkansız, picasa albomuna yerləşdirib linki qoyacam baxarsiniz. Bu Şəkilləri Ömürtayin blogundan götürdüm. Ordada şərhdə yazdiğim kimi, uşaqlari güc bəla ilə apariram sərgiyə, şəkilləri isə məndən əvvəl yerləşdirirlər.. :) 

 

picasa albomun linki

Davamı...


  Yazılar cəmi: 111    Sonrakı səhifə »

Магазин бисера, бусин и фурнитуры
Всё о бисере на Biser.info

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Xanimlar ucun saytlar

  • Elektron kitabxana
  • Rus dilinde muncuqduzme
  • El işleri blogları

    Müxtəlif